
Amerikadakı prezident seçkilərində qələbəsini elan edən demokrat Cozef Bayden XXI-ci əsrin “amerikan yüzilliyi” olacağına inandığını bildirib. Bu barədə məlumatı CNN yayımlayıb.
“Heç vaxt Amerikanın gələcəyinə indiki qədər inamla baxmamışam. XXI-ci əsrin “amerikan yüzilliyi” olacağına qətiyyətlə inanıram. Dünyada aparıcı iqtisadiyyat quracağıq, dünyada öz gücümüzü nümayiş etdirməklə deyil, həm nümunəmizin gücü ilə, həm də iqlim məsələlərində lider olacağıq”, – deyə Bayden açıqlayıb.
Demokrat bildirib ki, Amerika kanser, alzaymer və diabet mərizliklərinin müalicə metodlarını öyrənəcək. Bununla yanaşı o, ölkədə irqçiliyin aradan qaldırılacağını bəyan edib.