İran

Husilərin raket və dronları İrana aiddir

Fars Xəbər Ajansının məlumatına görə, İranın Silahlı Qüvvələrinin Baş sözçüsü Sərdar Abülfəzl Şikarçı televizyonda çıxışı zamanı İranın husi silahlılarına təlim keçməsi və dəstəyindən söz açıb.
“İran müqavimət cəbhəsi ölkələrinə məsləhətçi yardım göstərir. Biz difa sahəsindəki teknoloji təcrübəni onlara çatdırırıq. Onlar Yəməndə özləri raket, pəhbad və silah tolid etməyi öyrəndilər. Bizim təcrübəli insanlarımız ora gedərək fikir yardımı göstərir. Ancaq əməl meydanında onların milləti və ordusu düşmən qarşısında dayanır” , – deyə bildirən Sərdar Abülfəzl Şikarçı İranın Suriyadakı qüvvələrindən də söz açıb.
Bildirib ki, İranın silahlı qüvvələrinin baş sitadının rəisi Suriyaya səfər edib. Suriya dövlətinin istəyi ilə hava müdafiə sisteminin gücləndirilməsi qərara alınıb. “Biz dünyaya da bildirdik ki, belə bir müqaviləmiz var və mütləq hava müdafiə sistemlərini gücləndirəcəyik”, – deyə əlavə edib.
Xatırladaq ki, nizami Ərəb etilafı və Amerika dövləti dəfələrlə husilərin dinc yaşayış bölgələrinə hücumların İranın pəhbadları tərəfindən oluduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button