Dünyaİran

Wall Street Journal: Nətənz atom mərkəzi partladıldıqdan sonra İranın atom yanacağı ürətimi azalıb

“Wall Street Journal” qəzetinin verdiyi xəbərə görə, Uluslararası Atom Enerjisi Ajansının İranla bağlı yeni raporu göstərir ki, İranın atom yanacağı ürətimi avrilin 11-də Nətənz atom mərkəzində baş verən partlayışdan sonra əhəmiyyətli dərəcədə azalıb.
Qəzet yazır ki, meyin 22-i tarixinədək olan son üç ayda İran 273 kilogirəm zənginləşdirilmiş uranyom tolid edib, Nətənz atom mərkəzindəki partlayış da elə bu zamana təsadüf edir. Bu isə İranın mars ayınadək olan üç ayda ürətdiyi 525 kilogirəm zənginləşdirilmiş uranyomun təxminən yarısıdır.
Xatırladaq ki, İran məqamları partlayışda İsraili günahlandırıblar, ancaq İsrail bununla bağlı rəsmi açıqlama verməkdən yayınıb.
“Nətənz”dəki partlayışda yüzlərlə santrifyujun məhv edildiyini təxmin edən Wall Street Journalı yazır: “Meyin 24-də yayılan başqa bir rapor isə onu göstərir ki, “Nətənz”də yalnız 20 santrifyuj abşarl fəaliyyət göstərir, bu da bir öncəki aya nisbət əhəmiyyətli dərəcədə azalma deməkdir”.

Related Articles

Bir cavab yazın

Back to top button