Dünya

ABŞ Ukraynaya yeni silahlar göndərdi

ABŞ 800 milyon dollarlıq paketin bir hissəsi kimi Ukraynaya hərbi yardımın ilk partiyasını təhvil verib.

Bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi məlumat verib.

“Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, martın 16-da ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon dollar dəyərində silah tədarük etmək niyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl 200 milyon dollarlıq hərbi yardımın göstərilməsi ilə bağlı razılaşma var idi. Paketə 800 hava hücumundan müdafiə sistemi və 9 min tank əleyhinə sistem daxildir. Vaşinqton Kiyevi pilotsuz uçuş aparatları, 7000 atıcı silah və 20 milyon döyüş sursatı ilə təmin etməyə hazırlaşır. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button