İran

İranda işsiz gənclərin sayı açıqlandı

Son hesablamalara görə İranda 18-35 yaş arası insanların 70%-i işsizlikdən əziyyət çəkir.

Bu barədə “Etimad” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, İranın fəal işçi qüvvəsinin sayının artmasına baxmayaraq, yeni iş yerləri açılmayıb.

“Etimad” ölkədə iqtisadi iştirak nisbətini qəbuledilməz hesab edib, son illərdə bunun 50% civarında olduğunu və yay fəslində 41,5%-ə qədər azaldığını yazıb.

İqtisadi iştirak nisbəti barədə İranın qonşu ölkələrdən geri qaldığını yazan qəzet, 2020-ci ildə iqtisadi iştirak nisbətinin Qətərdə 86%, Azərbaycan respublikasında 63%, Türkiyədə isə 50% olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button