Dünya

Makron İrandan fransalı məhbusların azad olunmasını tələb edib

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığında İranda həbsdə olan Fransa vətəndaşlarının dərhal azad edilməsinə çağırış edib.

 

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığında İranda həbsdə olan Fransa vətəndaşlarının dərhal azad edilməsinə çağırış edib.

“Aznews tv” ın xəbərinə görə, “Reuters” ajansı bu haqda Yelisey sarayına istinadən yazıb: “Makron Rəisi ilə söhbətində yanvar ayında İranda yenidən həbs edilən fransalı-iranlı universitet öyrəncisi Fəriba Adelxahın və fransalı turist Benjamin Breyerin dərhal azad edilmələrini tələb edib. Benjamin Breyer ötən çərşənbə axşamı İranda casusluq ittihamı ilə 8 il həbs cəzasına məhkum edilib”.

Fransa prezidentinin mətbuat katibliyi bazar günü yaydığı məlumatda bildirib ki, Makron İbrahim Rəisi ilə nüvə danşıqılarından danışıb. Makron nüvə fəaliyyətlərini məhdudlaşdıracağı halda İrana qarşı sanksiyaları ləğv etmək üçün hələ də razılıq əldə oluna biləcəyini, ancaq bunun üçün atom danışıqlarının sürətləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button