
Sentyabrın 27-i axşam saatlarında Tehran, Şiraz, Kirmanşah, Sənəndəc və Çabahar şəhərlərində başlayan aksiyalarda qarşıdurmalar olub.
Sistan-Bəluçistan əyalətinin Çabahar şəhərində hökumətqüvvələrinin etirazçılara qarşı davamlı atəş açdığı bildirilir.
Məlumatda xüsusi təyinatlı qüvvələrin vətəndaşlara qarşı amansız davranışlarına cavab olaraq, Çabahar mərkəzində polis konteynerinin yandırıldığl qeyd olunub.
Aksiyaların başqa şəhərlərdə də başladığı, internet məhdudiyyətlərinə görə, xəbər və videoların gecikmə ilə yayıla biləcəyi deyilir.