Dünya

Tayvan Çinin 21 təyyarə və 15 gəmisinin yaxınlaşmasını qeydə alıb

Tayvan silahlı qüvvələri gün ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 21 təyyarəsi və 11 gəmisinin, eləcə də ÇXR dəniz polisinin 4 gəmisinin yaxınlaşmasını qeydə alıb.

“ANT” xəbər verir ki, bu barədə Çin Respublikası – Tayvanın Milli Müdafiə Nazirliyinin gündəlik məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, 10 təyyarə adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin tanıma zonasına daxil olub. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini işə salmaqla cavab verib.

Xatırladaq ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Related Articles

Bir cavab yazın

Back to top button