Dünyaİran

İsveçrə öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfəri və onların həbsi ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 13-də dərc edilən bu bəyanatda İsveçrə vətəndaşlarından “xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin döyüş güllələrindən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

İsveçrə hökuməti bu yaxınlarda Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqladı.

Ancaq İranın Avropada ikinci ən böyük iqtisadi tərəfdaşı olan bu İsveçrənin, İranda etirazçıların susdurulmasına görə İrana qarşı sanksiya planının olmadığını bildirməsi ölkənin bəzi siyasətçiləri və parlamentarilərinin mənfi reaksiyasına səbəb olub.

İsveçrə hökumətinin İrana səfər etməməklə bağlı xəbərdarlığı, Fransanın daha iki vətəndaşının İranda həbs edilməsindən bir gün sonraya təsadüf edir.

Qərb hakimiyyət orqanları və beynəlxalq insan haqları təşkilatları dəfələrlə İranı imtiyazlar əldə etmək və Qərbə təzyiq göstərmək üçün xarici ölkələrin vətəndaşlarını və ya ikili vətəndaşlığı olanları özbaşına həbs etməkdə ittiham ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button