Azərbaycanİran

Tanınmış Güneyli milli fəal həbs edilib

Tanınmış milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli həbs edilib.

Bu barədə onun bacısı Durna Mehrəlibəyli məlumat yayıb.

Bildirib ki, noyabrın 7-i axşam saatlarında təhlükəsizlik məmurları milli fəalı həbs edərək naməlum yerə aparıblar.

Onun həbs səbəbi və ittihamı barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli bundan əvvəl dinc milli fəaliyyətlərinə görə həbs edilib və bir neçə il həbsdə qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button