AzərbaycanDünyaİran

“Azadlıq və Ədalət Yürüşü”25 Mart Brüsseldə

Media mənsublarının nəzərinə!
Dəyərli media təmsilçiləri! Nəzərinizə çatdırırq ki, 25 mart 2023-cü il tarixində Avropa vaxtı ilə saat 14-dən 17-dən Brüssel şəhərində Avroparlamentin qarşısında Avropada yaşayan əsasən Güneyli soydaşlarımızın AZADLIQ VƏ ƏDALƏT YÜRÜŞÜ keçiriləcəkdir. “AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT!” və digər şüarları baş tutacaq bu axsiya “Place du Luxembourg” adlı məkandan yürüş şəklində başlanacaq, “Place Schuman Parliament”-in önündə mitinq şəklində davam edəcəkdir. Artıq bir neçə həftədir ki, aksiyanın hazırlanması üzrə Koordinasiya Mərkəzi yaradılmışdır və Mərkəzin ardıcıl fəaliyyəti nəticəsində rəsmi Brüssel tərəfindən aksiyanın keçirilməsi xüsusunda müsbət cavab alınmışdır.
Vətənimizin Quzeyində və Güneyində, qardaş Türkiyədə və dünyanın istənilən nöqtəsində fəaliyyət göstərən media qurumlarına və jurnalistlərə müraciət edərək bu aksiyanın keçirilməsinə hazırlıq mərhələsində media dəstəyi göstərmələrini xahiş edirik.
SƏN, ÇAĞIRSAN GƏLƏRƏM MƏN,
SƏN, YAŞA AZƏRBAYCAN.
Koordinasiya Mərkəzinin sözçüləri
Şərifə Cəfəri
Saleh Kamrani

Related Articles

Bir cavab yazın

Back to top button