İran

İranın iki əyalətində silahlı qarşıdurma olub: ölənlər var

İranın Sistan və Bəlucistan və Kürdüstan əyalətlərində SEPAH qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma olub.

Bu barədə bəyanat yayan SEPAH-ın Qüds qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi silahlı qarşıdurma nəticəsində iki SEPAH üzvünün öldürüldüyünü bildirib.

Bəyanatda Sistan və Bəlucistandakı silahlı şəxslər “quldur” adlandırılıblar, onlardan ikisinin öldürüldüyü, 6 nəfərin həbs edildiyi və çox sayda silah-sursatın götürüldüyü qeyd edilib.

Həmçinin Kürdüstan əyalətinin Mərivan bölgəsində də silahlı qruplaşmalara qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir SEPAH üzvünün öldürüldüyü deyilsə də, onun kimliyi barədə açıqlama verilməyib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button