Dünya

Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib. Bu barədə ölkənin İztirari Halların İdarə Olunması Ajansı xəbər verib. Məlumata görə, yeraltı təkanlar Afyonkarahisarda yerli vaxtla saat 00:08-də 3,9 rişter gücündə qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib. Qəndilli Rəsədxanası isə zəlzələnin 4 rişter gücündə olduğunu bildirib. Dağıntı və tələfat qeydə alınmayıb. Bildirək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Ötən həftə də qonşu ölkədə bir neçə yeraltı təkan baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button