İran

Qərbi Azərbaycanda 418 tibb işçisi koronavirusa yoluxub

“Qərbi Azərbaycan əyalətinin çeşidli bölgələrində 418 tibb işçisi Kovid-19-a tutulub”. Bu barədə azər ayının 29-da Qərbi Azərbaycanın Tibb Elmləri Danişqahının rəisi doktor Cavad Ağazadə məlumat verib. “Hazırda əyalətdə koronavirusla bağlı durum ötən günlərlə müqayisədə daha yaxşıdır. Ancaq hələ də sağlıq qaydalarına əməl etməyənlər var. Bu virusun qarşını almağa hamı özünühabelə ailəsini qorumalıdır. 60 yaşdan yuxarı, eləcə də başqa mərizlikləri olanlar daha diqqətli olmalıdır. Məhdudiyyətlərdən ustanmda koronavirusla bağlı durum qırmızıdan narıncıya enib. Bu gedişatın ardı olarsa sarı duruma doğru irəliləyəcəyik. Sağlıq qaydaları gözlənilməzsə mərizliyin dördüncü fazına keçə bilərik. Nəticədə mərizxanaya yerləşdirilənlərin sayı 3 minə çata bilər”,-deyə Cavad Ağazadə bildirib.
Qeyd edək ki, bir sıra amarlara görə, Qərbi Azərbaycanda yaxlaşıq 4 min tibb işçisi mərizlərə xidmət göstərir

Related Articles

Bir cavab yazın

Back to top button