İran

Güney Azərbaycanlı milli fəallar bəyanat yayıblar

Güney Azərbaycanın milli və mədəni fəalları Dağlıq Qarabağın azadlığı, habelə İran rejiminin bu işdə təxribatı ilə bağlı toplu bəyanat yayıblar. Bəyanatda bildirilib: “Qarabağ dünya türklərinin və İslamın köhnə yarasıdır. Biz, Güney Azərbaycanın böyük və müqəddəs milli hərəkatının bir qrup fəalı olaraq Azərbaycan Ordusunun Dağlıq Qarabağın işğaldan azad edilməsi yolunda irəliləməsini dəstəkləyir və bəyan edirik. İran höküməti Rusiyanın Ermənistana göndərdiyi silah daşıyan yük maşınlarının öz ərazisindən keçməsinə icazə verib. İran rejimi yüksək kirayə haqqı ödəməklə öz yük maşınlarını Rusiya silahlarını Ermənistana daşımağa məcbur edir.
Biz Azərbaycan xalqı bu biabırçılığa dözmürük. molla rejimi bu qeyri-insani hərəkətini davam etdirərsə, İrandakı azərbaycanlı gənclər buna layiqli cavab verəcəklər. Canları bahasına başa gəlsə belə.
Dağlıq Qarabağın azadlığı uğrunda savaşı Ənzəli- Norduz yollarına qədər genişləndirəcəyik”,-deyə bəyanatda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button