İran

Rafael Qrosi: “Tehran Nüvə Sazişi üzrə öhdəliklərinin çoxuna əməl etmir”

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrosi:

“Tehran Nüvə Sazişi üzrə öhdəliklərə əməl etmədiyinə görə agentliyin yoxlamalarında problemlər yaranıb. İran zənginləşdirilmiş uran ehtiyatını artırıb, uranın 60 faiz zənginləşdirilməsini hələ də davam etdirir”.

Direktorlar Şurasının noyabrın 22-si keçirilən iclasının ilk günündə Almaniya, Fransa və Britaniya bəyanatla İrandan agentliklə əməkdaşlıq etməsini tələb ediblər.

Bəyanatda deyilir: “İran nüvə proqramını gücləndirməməli və Agentliklə əməkdaşlıq səviyyəsini artırmaq məqsədilə dərhal və faktiki tədbirlər görməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button