İran

Azərbaycanli fəal Rıza Vaseqi müvəqqəti azadlığa buraxılıb

Ərdəbil zindanında saxlanılan azərbaycanlı fəal Riza Vaseqi isfənd ayının 14-də 80 milyon tümən kəfalət qarşılığında müvəqqəti azadlığa buraxılıb. Bildirək ki, fəal aban ayının 17-də tutuqlanıb və 2 illik həbs cəzasını çəkməsi üçün Ərdəbil zindanına aparılıb. Xatırladaq ki, Riza və Əli Vaseqi qardaşları bu ilin 14 mehr tarixində Ərdəbilin İnqilab məhkəməsi tərəfindən 2 il həbs cəzasına məhkum edilib. Fəallar “ölkənin milli əmniyətinə qarşı cürm törətmək üçün əlbir olmaqda iştirak etmək” və “gizli yazı yayınlamaqla İslam Cumhuriyyəti rejiminə qarşı mənfi təbliğat aparmaq” ittihamları ilə təqsirləndiriliblər. Vaseqi qardaşları ilk dəfə xurdad ayının 21-də iş yerlərində fiziki zorakılığa məruz qalıblar və həbs olunublar. 27 xurdadda 110 milyon kəfalət qarşılığında müvəqqəti azadlığa buraxılan fəallar Ərdəbilin İnqilab Məhkəməsinin tutuqlama əmri ilə yenidən zindana aparılıblar. Vurğulayaq ki, Riza və Əli Vaseqi Ərdəbil həbsxanasında olduqları dönəmdə koronavirus təhlükəsi səbəbindən çətin və riskli günlər yaşayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button