İran

İranın nüvə danışıqlarındakı nümayəndəsi Vyananı tərk edib: Qərb diplomatları danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq edirlər

İranın nüvə danışıqlarındakı baş müzakirəçisi Əli Baqeri Kəninin gözlənilmədən Vyanadan Tehrana qayıtmasının ardınca, Rusiyanın Amerikadan zəmanət istəməsi ilə eyni vaxtda Qərb diplomatları razılığın əldə edilməsində dalana dirənmə və danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq ediblər.

“Aznews tv” xəbər verir ki, İran mediası Əli Baqeri Kəninin məsləhətləşmələr aparmaq üçün Tehrana qayıtdığını yazsa da, iki Qərb diplomatı “The Wall Street Journal”a açıqlamasında İranın baş müzakirəçisinin nə üçün ölkəsinə getdiyi və nə zaman geri qayıdacağının bəlli olmadığını deyib.

Baqeri Kəninin Tehrana qayıtması İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvanın nüvə anlaşmasını dirçəltmək üçün yeni şərti barədə danışmasından sonra baş verib.

Xatırladaq ki, ötən həftə sonu Rusiya Amerikadan nüvə sazişinin bərpa olunacağı halda Ukraynaya müdaxilə ilə bağlı son sanksiyaların Rusiyanın İranla ticarətinə təsir etməyəcəyinə dair yazılı təminat tələb edib. Vaşinqton isə Rusiyanın bu tələbini əlaqəsiz və əhəmiyyətsiz adlandırıb. Rusiyadan sonra isə Çin hökuməti Amerikadan İrana sanksiya tətbiq edəcəyi halda, şirkətlərinin bu ölkə ilə embarqolara məruz qalmadan ticarət əlaqələri qura bilməsi üçün yazılı zəmanət istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button