Dünya

Qazaxıstanda baş verən yanğınlar nəticəsində bir nəfər ölüb

Qazaxıstanın şimalındakı Kostanay vilayətində baş verən yanğınlar nəticəsində bir nəfər ölüb.

“Bu gün səhər saatlarında Amankaraqay kəndində dağıntıları təmizləyərkən bir nəfərin ölüm faktını aşkar edilib, bu, 1936-cı il təvəllüdlü əlildir”, – deyə o, brifinqdə bildirib.

İlinin sözlərinə görə, mərhum evakuasiya barədə əvvəlcədən məlumatlandırılıb, lakin bundan imtina edib.

FHN rəhbəri qeyd edib ki, bununla belə, bir nəfərin ölümü ilə bağlı araşdırmalar aparılacaq.

O, həmçinin bildirib ki, hazırda yanğın sahəsi 43 min hektardan çoxdur.(apa)

Related Articles

Bir cavab yazın

Back to top button