Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran ekstremist həbs olunub.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən “Al Sumaria” bildirib.

“Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub”, – agentliyin açıqlamasında deyilir.

Şübhəli şəxslər etiraf ediblər ki, onlar Milad və Yeni il zamanı Bağdadda vəziyyətin sabitliyini pozmaq barədə təlimat alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button