Azərbaycanİran

Təbriz yaxınlığında təbiət abidəsi məhv olur

Təbriz-Ocan (Bostanabad) arasında yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Quru göl tamamilə məhv olmaq üzrədir.

Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə mediaya verdiyi açıqlamada Quru gölə axan su qaynaqlarının qarşısının kəsildiyini, illik su payının yalnız 10 faizi buraxıldığını deyib.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Related Articles

Bir cavab yazın

Back to top button