İran

Yoxsulluq səviyyəsi tikinti sənayesinə də ciddi təsir göstərib

İranda yoxsulluq və işsizliyin artması bir sıra sahələrdə olduğu kimi, tikinti sənayesinə də ciddi təsir göstərib. Məsələ ilə bağlı Siman Sənəti Karfərmaları Əncümənin dəbiri Əbdülrza Şixan açıqlama verib. Məlumata görə, bir neçə siman karxanası məhdud iş vaxtı üzrə fəaliyyət göstərir. Bu sahə üzrə çalışan fəhlələr isə haqlarının vaxtında ödənilməməsindən şikayət edirlər.
Bildirək ki, Fars Əyalətində Neyriz Bozumtul Siman Karxanası yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Karfərmaların sözlərinə görə, bu müşküllərin davam etməsi karxanalarda işçilərin ixtisarlarına səbəb olacaq. Hazırda fəaliyyət göstərən işçilərdən 350-nin fəaliyyət bəxşindən uzaqlaşdırılması gözlənilir.
Fars Əyalətinin Qır Vilayətində yerləşən Sepehr Siman və Karzin Karxanalarında isə ötən ildən yanacaq problemləri yaşanır. Bir neçə həftə öncə isə adıçəkilən karxanalarda çalışan fəhlələrdən 250 nəfəri işindən uzaqlaşdırılıb. Bu hal Əlbürz Əyalətinin Abyek Siman Karxanasında da görünür. Belə ki, burada qaz və elektrik təminatı olmadığında karxananın fəaliyyəti 2 həftəlik dayandırılıb.
Qeyd edək ki, karxanada bir kisə simanın qiyməti 16 min tümən təyin edildiyi halda, qara bazarda onun qiyməti 40 min tümənə bərabərdir.

Related Articles

Bir cavab yazın

Back to top button