İran

“İran Yaxın Şərq üçün təhdid olaraq qalır”-Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uliam Bernsi Viyana danışıqlarının nəticələrindən asılı olmayaraq İranın Yaxın Şərq üçün təhdid olaraq qaldığını deyib.

“İran rejimi nüvə və raket məsələlərindən əlavə, bütün Yaxın Şərq və ABŞ-ın regiondakı müttəfiqləri üçün təhlükə yaradır”-deyə, Bernsi martın 8-i Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin toplantısında bildirib.

O, danışıqların necə nəticələnəcəyindən asılı olmayaraq İranın bölgədə böhran yaratma mərkəzi kimi qalacağına dair düşüncələrinin uzun illər boyu nüvə danışıqlarında İran rəsmiləri ilə apardığı müzakirələrdə əldə etdiyi şəxsi təcrübələrdən irəli gəldiyini söyləyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin iclasında iştirak etməzdən bir neçə saat əvvəl Amerika kəşfiyyatı qlobal təhlükələr, o cümlədən İranın yaratdığı təhlükələr haqqında illik hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, İranın Amerika və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə qarşıdurması Tehran rejimi üçün həyati mübarizədir və İran rejiminin uzun müddətdir ki, regionun liderliyini ələ keçirmək istəkləri hələ də dayanmayıb.

Qeyd edək ki, Amerikanın nüfuzlu “Washington Examiner” nəşri İran İslam İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin ən azı iki üzvünün Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu öldürməyə cəhd etmələri barədə məlumat yayıb.

“Amerika hökumətinin araşdırmaları və Ədliyyə Nazirliyinin tapıntıları İranın sui-qəsd planına dair mötəbər sübutların əldə edilməsinə səbəb olub.

Ancaq Ağ Ev rəsmiləri məsələnin ictimailəşdirilməsinin nüvə danışıqlarını poza biləcəyini təkid edirlər”-deyə, “Washington Examiner” nəşri yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button