İran

Moləviyə qarşı sui-qəsd təşkil edən şəxsin görüntüləri yayılıb

Türkiyənin “Sabah” qəzeti Məsud Moləviyə qarşı sui-qəsd təşkil edən Əli İsfəncaninin görüntüsünü yayıb. Belə ki, həmin şəxsin İrana qanunsuz yollarla girişini həyata keçirən Siyavuş Əbazəri Şəlmzari məsələ ilə bağlı Türkiyə polisinə ifadə verib. Məlumata görə, onun kimlik kartında adı Əli İsfəncani olaraq qeyd edilib. Bütün mərz keçidi sənədlərində bilgilər kimlik kartındakı kimi olsa da, ancaq onun adının Abbas olaraq yazıldığı bəlli edilib.
“Sabah” qəzeti bildirilib ki, Siyavuş Əbazəri Şəlmzari İstanbul polisinə ifadəsində Əli İsfəncaninin Türkiyədən qaçışının həyata keçirilməsini təsdiqləyib. “Əli İsfəncani üçün saxta bir sənəd hazırlanıb və onun Türkiyədən qaçmasına şərait yaradılıb”, – deyə Siyavuş Əbazəri Şəlmzari vurğulayıb.
Qeyd edilib ki, saxta sənədləri hazırlayan iranlı diplomat Məhəmmədrza Nasirzadənin tutuqlanması üçün İsanbulun Sülh-Keyfər Məhkəməsi tərəfindən hökm çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button