İran

Nərgiz Məhəmmədi: “Evin zindanında bir aydan az müddətdə dörd qadın infarkt keçirib”

Güney azərbaycanlı hüquq müdafiəçisi Evin zindanında ağır durum barədə növbəti bəyanat yayıb.

İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədinin instaqram hesabında yayılan məlumata görə, Tehranın Evin zindanında ağır şərayit qadın məhbusların sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olub.

Məlumatda bir aydan az bir müddətdə dörd qadının ürək tutmasından xəstəxanaya yerləşdirildikləri qeyd olunub.

“İnsan haqları fəalı olaraq bu hadisələrdən nigəran olduğumu bildirir, səhiyyə və zindan məsullarında Evin zindanına həkimlər qrupunun göndərilməsini, infarkt keçirən qadın məhbusların xəstəlik səbəblərinin araşdırılmasını istəyirəm”-deyə, Məhəmmədi bildirib.

Bundan bir müddət öncə Nərgiz Məhəmmədi bəyanat yayaraq
50-dən çox siyasi və ideoloji məhbusun Evin zindanının qadın bölməsində həbs cəzasını çəkdiyini, son günlər COVİD-19 xəstəliyinin yenidən yayılmasının qadınların vəziyyətini daha da ağırlaşdırdığını yazıb.

İnsan Haqları Müdafiə Birliyinin sözçüsü mesajında ​​Evin həbsxanasının rəhbərliyinin koronaya yoluxmuş məhbusların məzuniyyətə çıxmasına icazə vermədiyinə diqqət çəkib.

Bununla yanaşı avqustun 22-də Evin zindanında saxlanılan 16 qadın siyasi məhbusu açıq məktub yazaraq mövcudı şəraitdən narazılıqlarını ifadə ediblər.

Məktubda insanların sayının cəzaçəkmə müəssisəsinin sahəsi və imkanları ilə mütənasib olmadığını bildirilir, korono virusa yoluxmuş şəxslərin təcrid olunması və karantinə alınması üçün yetərli yer çatışmazlığının məhbusların həyatını təhlükə altında qoyduğu vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button