İran

İranın bütün bölgələrində müəllimlər yenidən mitinq keçirəcəklər

İranda müəllimlər yenidən ölkənin bütün bölgələrindən mitinqlər keçirəcəkləri barədə məlumat yayıblar.

İranda müəllimlər yenidən ölkənin bütün bölgələrindən mitinqlər keçirəcəkləri barədə məlumat yayıblar.

“Aznews tv” xəbər verir ki, etiraz aksiyalarının sabah yerli vaxtla səhər saat 10:00-dan baş tutacağı deyilir.

Tehranda mitinqlərin İran parlamentinin qarşısında keçirilməsi nəzərdə tutulub.

Mitinqlər vilayət mərkəzlərində Baş Təhsil İdarəsinin, bölgələrdə isə Təhsil İdarəsinin qarşısında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir neçə aydır İranın demək olar ki, bütün bölgələrində müəllimlər etiraz aksiyaları keçirirlər. Onlar ağır məişət şəraiti, əməkhaqlarının aşağı olması və digər bu kimi sosial problemlərdən şikayət edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button