Dünya

İranın İsrail-suriya sərhədini bombaladığı iddia edildi

Bazar günü İsrail-Suriya sərhədini bombalamağı hədəfləyən dörd nəfər birbaşa İrandan əmr alıb. Bu sözləri İsrail ordusunun Baş Qərargah rəisi Aviv Kuxavi deyib. Bildirilib ki, bu qrup Suriyada “ifratçı mehvər” yaratmaq niyətindədir.
Bu İsrailin İranı öz ölkəsinə hücumda günahlandırdığı ilk haldır. Məlumata görə, ilk olaraq həmlənin Hizbullah qüvvələrinin fərmandehlərindən birinin öldürülməsinə cavab olaraq gerçəkləşdirildiyi düşünülüb. İsrail ordusunun kəşfiyyat bölməsi, bazar günü bombalama planının qarşısını alıb. Qeyd edək ki, İsrail tərəfindən bomb qoyma planına cavab verilib. Belə ki, bazar ertəsi günü nizami təyyarələrlə Suriyanın Colan yüksəkliklərindəki bir neçə nizami mövqeyə hücum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button