Dünyaİran

Pentaqon İran sahillərində hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır

Pentaqon Hörmüz boğazında hərbi mövcudluğun gücləndirildiyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi iki desant gəmisini İran sahillərinə göndərəcək.

Söhbət universal desant gəmisi “USS Bataan” və eniş gəmisi “USS Carter Hall”dan gedir.

Onlar esmines, “F-16” və “F-35” qırıcılarından ibarət aviasiya qrupu ilə birlikdə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında fəaliyyət göstərəcəklər.

Bura dünya enerji ticarətinin əhəmiyyətli hissəsinin bu boğazdan keçməsi ilə əlaqədar strateji əhəmiyyət kəsb edir.

Pentaqon bildirib ki, bu tədbirlər kommersiya gəmilərinin ələ keçirilməsini təşkil etmək üçün reydlər təşkil edən İrana qarşı yönəlib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button