İran

ÖLKƏDƏ QƏRƏNTİNƏ EHTİYAC VAR!

İranda koronavirusun yayılması və ölüm hallarının artması davam edir. Son 24 saat ərzində 2 min 445 nəfər virusa tutulub, 121 nəfər isə vəfat edib.
Bu barədə İranın Behdaşt Vəzirliyinin mətbuat dəbiri Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda tutulmaların ümumi sayı 209 min 970-ə, ölənlərin sayı isə 9 min 863-ə yüksəlib.
Xüsusi mərizxanalarda müalicə alan 169 min 160 nəfər isə sağalaraq evə buraxılıb. Mütəmadi terapidə yatan 2 min 864 mərizin vəziyyəti ağır olaraq qalır.
İranda vəziyyətin belə ağır olmasını mütəxəssislər qərəntinə tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirir və qeyd edirlər ki, infeksiyonun yayılmasının ikinci dalğası başlayıb. İran rəsmiləri qərəntinə tədbirlərinin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button