İran

İranın İraqa təyin etdiyi yeni səfir Qasım Süleymaninin adamı çıxdı

İranın Bağdada təyin etdiyi yeni səfirin "Sepah"ın "Qüds Qüvvələri"nin öldürülmüş komandanı Qasım Süleymaninin İraq üzrə müşaviri olduğu aydın olub.

“Aznews tv” xəbər verir ki, bu barədə məlumat yayan İraq mətbuatı İranın bununla İraqda formalaşmış üçtərəfli koalisiya arasında ixtilaf yaratmaq məqsədi güddüyünü bildirib.

İran İraqa yeni səfir kimi Məhəmməd Sadiq Əl-Kazım adlı əslən İraqdan olan şəxsi təyin edib. Lakin onun haqqında elə də çox məlumat yoxdur.

Ötən illər ərzində İran mətbuatında dərc edilən yazılarda bu şəxs “Sepah”ın Kəşfiyyat Təşkilatına bağlı “Sepahın Veteranlar Assosiasiyası”nın idarə heyətinin üzvü kimi təqdim edilib. Son həftələrdə isə o, mətbuatda İranın İraqdakı səfirinin müşaviri və səfirliyin siyasi şöbəsinin rəisi kimi qələmə verilib.

Buna baxmayaraq, İraq mətbuatı Əl- Kazıminin İraqda doğulduğunu və Qasım Süleymaninin bu ölkədəki müşaviri kimi çalışdığını bildirir.

Related Articles

Bir cavab yazın

Back to top button