Dünya

Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

“AZnews tv” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, – məlumatda deyilir.

Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.

İğtişaşlar zamanı bir neçə polis əməkdaşı, Qazaxıstan Milli Qvardiyasının və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çox asayiş keşikçisi yaralanıb. Bu barədə isə bazar günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 polis əməkdaşı öldürülüb, 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, – məlumatda deyilir. “Report”

 

Related Articles

Bir cavab yazın

Back to top button