Azərbaycan

Prezident İlham Əliyevin yeni köməkçisi kimdir? – DOSYE

Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olmuşdur. O 1990 – 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. 2003 – 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistr birib. İngilis, fransız, rus, türk dillərini bilir.
İş təcrübəsi:
1995 – 2005-ci illər Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.
2005 – 2006-cı illər Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində işləyib.
15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışır.
12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədr müavinidir.
2006 – 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olmuşdur.
2006 – 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olmuşdur.
2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.
15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür.
5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.
14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.
2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.
Evlidir, üç övladı var.
(Yeniavaz)

Related Articles

Bir cavab yazın

Back to top button