Azərbaycan

Təbrizdə traktor zavodunun işçiləri tətil aksiyasına davam edir

Təbrizdə traktor zavodunun işçiləri tətil aksiyası ötən gün də davam edib.

Təbrizdə traktor zavodunun işçiləri tətil aksiyası ötən gün də davam edib.

“Aznews tv”ın xəbərinə görə, Təbrizin traktor istehsalı zavodunun mühərrik istehsalı bölməsinin işçiləri yanvarın 29-dan başlatdıqları tətil aksiyasını hələ də davam etdirirlər.

Narazılar məsul şəxslərin onlarla götüşməkdən boyun qaçırdıqlarını bildiriblər.

Etiraz edən işçilər Təbrizin Traktor İstehsalat Şirkətinin yeni baş direktorunun dəyişdirilməsini, maaşlarının artırılmasını və əmək təhlükəsizliyi ilə bağlı təminat verilməsini tələb edirlər.

İşçilər habelə vəzifə təsnifatı və bölgüsünün düzgün aparılmasını, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı zavodun müdiriyyətinin əməli addım atmasını istəyirlər.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında etirazlardan sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verdiyi vədlər yerinə yetirilməyib. Buna görə də narazı işçilər zavodda toplaşaraq əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını tələb ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button