Dünyaİran

Amerika 10 İran vətəndaşı ilə bağlı araşdırma aparır

Amerika tərəfindən tətbiq edilən təhrimləri pozmaqda və 300 milyon dollarlıq əməliyyatı gizlətməkdə təqsirli bilinən 10 İran vətəndaşı barəsində araşdırma aparılır. Bu barədə Amerikanın Ədliyyə Vəzirliyinin yaydığı açıqlama bildirilib.
Məlumata görə, bu şəxslər Los Anceles, Kanada, Honq Konq və İmaratda 70-dən çox şirkət vasitəsilə 20 ildir ki, dəyəri 300 milyon dollardan çox olan əməliyyatları gizlədiblər. Onlar eləcə də İran hökuməti üçün 25 milyon dollarlıq iki nəft tankerini almaqda şübhəli bilinirlər.
Həmin şəxslərin cinayət əməlləri təsdiqlənərsə, onların hər biri 20 il azadlıqdan məhrum ediləcək. Bundan başqa, marsın 19-da həmin şəxslərdən 157 milyondan çox təzminat alınması ilə ilgili iddia qaldırılıb.
Vəzirlikdən verilən məlumata əsasən, şübhəlilərin əsasını qoyduqları şirkətlərin əksəriyyəti “Persepolis” və “Rosko” adlanır.

Related Articles

Bir cavab yazın

Back to top button