Dünya

Amerika prezidenti və İsrail baş naziri İranın nüvə proqramının dayandırılması yollarını müzakirə ediblər

"Aznews tv" xəbər verir ki, liderlər eyni zamanda Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı da müzakirə aparıblar.

İsrailin Baş Nazirliyi ofisindən verilən məlumata görə, baş nazir Naftali Bennet və Amerika prezidenti Co Bayden İranın bölgədə gündən-günə artan təcavüzkarlığı, habelə bu ölkənin nüvə proqramının dayandırılması yolları barədə telefonda danışıblar.

“Aznews tv”xəbər verir ki, liderlər eyni zamanda Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı da müzakirə aparıblar.

İsrail baş naziri yaydığı bəyanatda bildirib ki, Amerika prezidentinə İsrailə dəstək göstərdiyi üçün təşəkkür edir və onu Tel-Əvivə rəsmi səfərə dəvət edir.

Ağ Ev isə yaydığı bəyanatında Bayden hökumətinin İsrail baş nazirinin dəvətini qəbul etdiyini və bu ilin sonuna qədər Tel-Əvivə səfər edəcəyini açıqlayıb.

Ağ Ev, habelə Co Baydenin Bennetlə telefon danışığı zamanı Birləşmiş Ştatların İsrailin hava hücumundan müdafiə sistemi – “Dəmir Günbəz”i təkmilləşdirməyə tam dəstəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button