Dünya

Amerika İranla silah ticarəti etmək istəyən ölkələrə sanksiya tətbiq edəcək

“Amerika dövləti təhrimlərin əksinə olaraq İrana yeni silahların verilməsini gözləməyəcək. Əksinə, Amerika çalışmanı ələ alaraq istənilən silah sövdələşməsinin qarşısını almaq niyyətindədir”. Bu fikirləri “Washington Free Bacon” xəbər saytına müsahibəsində Amerikanın İran üzrə xüsusi elçisi Elliott Abramz səsləndirib.
“Amerika Prezidenti Donald Tramp keçən ay İrana silah satışına qarşı çıxmaq üçün İranın nizami və atom potənsiəlinin gücləndirilməsində iştirak edənlərə qarşı geniş təhrimlər icra edib. Biz İranla görüşmək və ya silah satışını müzakirə etmək istəyən şəxsləri öncədən bəlli edə bilərik. Rusiya və Çinin yaxın həftələrdə İranla yeni silah sövdələşmələrini elan edəcəyi gözlənilir. Ancaq bu cür sövdələşmələr “duman olub havaya gedəcək, çünki iranlıların qabaqcıl silahlar almağa artıq pulları yoxdur”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button