Azərbaycanİran

Kərəc zindanında məhkum edam edilib

İnsan haqları təşkilatları məhkumun sentyabrın 19-u səhər saatlarında dar aacından asılaraq öldürüldüyü bildiriblər.

Məlumatda bundan öncə narkotik maddələrlə bağlı mühakimə olunaraq edam cəzasına məhkum edilən 22 yaşlı Sirus Şölaninin Luristan əyalətindən olduğu qeyd olunub.

Onun edam edilməsi barədəİran rəsmiləri və dövlət mediası heç bir məlumat verməyib.

İranda İnsan Haqları Kampaniyasının verdiyi məlumata görə, son 9 ayda İranda 400 nəfərə yaxın məhkum edam edilib və edam olunanların sayı hər gün artmaqda davam edir.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, mövcud statistik məlumatlar göstərir ki, son 30 ildə dünyada uşaq edamlarının 70%-i İran İslam Respublikasında həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button