İran

İran şəhərlərində nümayişlər keçirilir

Məhsa Əmininin öldürülməsinin 40-cı günündə Saqqızdan başlayan aksiya başqa şəhərlərdə də keçirilir.

Sentyabrın 13-də İran əxlaq polsi tərəfindən döyüldükdən sonra sentyabrın 16-da dünyasını dəyişən Məhsa Əmininin 40 mərasimi keçirilir.

Bu gün səhər saatlarından Saqqız şəhərinin Ayçı qəbristanlığına gedən yolların hökumət məmurları tərəfindən bağlanmasına baxmayaraq, vətəndaşlar piyada qəbristanlığa getməyə başlayıblar.

Yerli vaxtla saat 11-dən başlayan 40 mərasiminə toplaşan minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib, Məhsa Əmininin qətlində Tehran rəsmilərinin məsuliyyət daşıdığını bildiriblər.

Əmininin ailəsinin mərasimin səssiz keçirilməsi ilə bağlı təhlükəsizlik məmurları tərəfindən təhdid edildikləri, ailənin bunu qəbul etmədikləri bildirilir.

Qeyd edək ki, bu gün oktyabrın 26-da günorta saatlarından başlayaraq İranın bir çox şəhərlərində kütləvi etiraz aksiyalarının keçiriləcəyi ilə bağlı çağırışlar yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button