Bölgə

Amerika Xarici İşlər Nazirliyinin sözçüsü: İranın bədxah fəaliyyətləri Yəmən müharibəsinin uzanmasına səbəb olur

"Aznews tv" xəbər verir ki, Prays məsələ ilə bağlı yaydığı bəyanatında habelə bildirib: "İrandan husilərə göndərilən qaçaq silahlar Birləşmiş Millətlər Təşkilatının hədəflənmiş silah sanksiyalarının, habelə İranın bədxah fəaliyyətlərinin Yəməndə müharibənin uzanmasına səbəb olmasının bariz nümunələrindən biridir.

Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays dekabrın 23-də İranın Yəmən husilərinə göndərdiyi silah partiyasının Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən Ərəb dənizində saxlanması xəbərinə reaksiya olaraq deyib ki, İranın bu cür pis niyyətli fəaliyyətləri Yəməndə müharibənin uzanmasına səbəb olur.

“Aznews tv”  xəbər verir ki, Prays məsələ ilə bağlı yaydığı bəyanatında habelə bildirib: “İrandan husilərə göndərilən qaçaq silahlar Birləşmiş Millətlər Təşkilatının hədəflənmiş silah sanksiyalarının, habelə İranın bədxah fəaliyyətlərinin Yəməndə müharibənin uzanmasına səbəb olmasının bariz nümunələrindən biridir.

O, daha sonra əlavə edib: “İranın bütün bölgədə silahlı qruplaşmaları müdafiə etməsi beynəlxalq və bölgəsəl əmniyət, regiondakı qüvvələrimizin, diplomatik işçilərimizin və vətəndaşlarımızın, eyni zamanda bölgədə və digər yerlərdəki müttəfiqlərimizin əmniyəti üçün təhdid sayılır.

Xatırladaq ki, dekabrın 22-də Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması elan edib ki, İranın Yəməndəki husilərə göndərdiyi təxminən 1400 kalaşnikov silahı və 226 min ədəd bu silaha məxsus güllə darağı İranın balıqçı gəmisi ilə Ərəb dənizinin şimalında Amerika ordusu tərəfindən saxlanılaraq müsadirə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button