Azərbaycanİran

Jailə: “Yanlış siyasət nəticəsində mütəxəssislər əyaləti tərk etdi”

Şərqi Azərbaycan əyalətinin sənaye və digər sahələrində mütəxəssis çatışmazlığı ilə bağlı yeni məlumat açıqlanıb.

Bu barədə Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə mediaya verdiyi açıqlamasında bildirib.

O, hazırda sənaye və istehsalat sahəsində ən azı 3 min mütəxəssisin çatışmadığını söyləyib.

“Əyalətin mütəxəssisləri yaxşı gəlir əldə etmək üçün İraq və Pakistana mühacirət edirlər”,- Jailə İranda mütəxəssislərin əmək haqlarının aşağı olmasına işarə edib.

Ticarət Palatasının başçısı mütəxəssislərin əyalətdən köçmələrinin kökündə tətbiq edilən yanlış siyasətin durduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button