Dünya

Pakistan Ukraynaya 44 ədəd “T-80 UD” tankı verə bilər

Bu barədə “Firstpost”a istinadən xəbər verilir.

Pakistan bu tankları 1997-1999-cu illərdə Ukraynadan alıb.

Nəşr qeyd edib ki, ötən ilin iyul ayından Pakistan Böyük Britaniya vasitəsilə Ukraynaya artilleriya və tanklar üçün sursat verib. Bundan başqa rəsmi İslamabad Ukraynaya kömək məqsədilə Polşa və Almaniyadakı limanlardan da istifadə edib.

SSRİ istehsalı olan əsas döyüş tankı 1987-ci ildə təqdim edilib. “T-80 UD” min at gücünə malik 6TD dizel mühərrikli “T-80U” tankının modifikasiyasıdır.

Pakistan 320 ədəd “T-80 UD” tankı alıb, sonuncu partiyalarında “T-84” dizaynının elementlərindən istifadə edilib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button