Bölgə

İranda turizm müsibətləri: Türk fotoqraf həbs edildi

"Aznews tv" xəbər verir ki, Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bəri İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz "İnstagram" hesabında paylaşıb.

Türkiyə vətəndaşı olan fotoqraf 4 gün öncə İranda həbs edilib.

“Aznews tv”  xəbər verir ki, Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bəri İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz “İnstagram” hesabında paylaşıb.

Onun İsfahandan Şiraza gedərkən həbs edildiyi bildirilir.

Hazırda onun hara aparılması haqda məlumat yoxdur.

Türkiyəli turist qısa telefon danışığında dostlarına Şiraz şəhərində tutulduğu barədə məlumat verib. Ancaq onun hansı səbəblə həbs edilməsi və harada saxlanılması ilə bağlı heç bir bilgi yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button