Azərbaycanİran

Ərdəbildə divarlara milli şüarlar yazılıb: Güneyli məhbusların azadlığı tələb olunub

Dünən axşam saatlarında fəallar Ərdəbil əyalətinin Nadarlı qəsəbəsində divarlara milli şüarlar yazıblar. Onlar "El üçün çalışan əllər var olsun", "Hüseyn və Araz Əməni" yazaraq, həbsdə olan milli-mədəni fəalların azadlığını tələb ediblər.

Qeyd edək ki, Hüseyn və Araz Əməni qardaşları mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər. Əlaqədar dövlət qurumları onların həbs səbəbi və nədə ittiham olunduqları barədə məlumat verməkdən imtina edib.

Bu gün isə qardaşlardan biri, Araz Əməni girov qarşılığında Təbriz xəbsxanasından müvəqqəti azadlığa buraxılıb.

#Azerbaycaninguneyi

Related Articles

Bir cavab yazın

Back to top button