İran

İsrail rəsmisi: “Azərbaycanla münasibətləri genişləndirəcəyik”

“Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və enerji qaynaqlarının ən böyük təchizatçısıdır”. Bunu İsrailin dış işləri baxanı Qabi Aşkenazi İsrail-Azərbaycan Dövlətlərarası komisyonunun ikinci toplantısında bildirib. “Biz Azərbaycanla önəmli münasibətlərin genişlənməsində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik”, -deyə o, diqqətə çatdırıb. Qeyd edək ki, dünən ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Dövlətlərarası komisyonunun ikinci toplantısı keçirilib. İsrail Dış İşləri Baxanlığının açıqlamasına görə, tərəflər Azərbaycanın İsrailin vaksən mücəvvizinin tanıması və həmin ölkədən olan turistlərin Azərbaycana gəlişinin təmini haqqında da danışıqlar aparıblar. Bildirək ki, Azərbaycan bu il İsraildə diplomatik mövqeiyyətli ticarət ilə turizmin irəlləyişinə rəsmi nümayəndəlik açmaq niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button