Dünya

Yəmən xalqının yaşadığı çətinliklərin çoxu barədə Husi yaraqlıları məsuliyyət daşıyır

Amerikanın xarici İşləri vəzirliyinin sözçüsü Ned Prays, İranın yeni prezidenti İbrahim Rəisinin Husi yaraqlılarının təmsilçisi ilə görüşü barədə suala cavabda deyib: “Yəmən xalqının yaşadığı çətinliklərin çoxu barədə Husi yaraqlıları məsuliyyət daşıyır.”
Ned Prays keçirdiyi xəbər toplantıda vurğulayıb ki, Yəmən indi dünya üzrə ən acınacaqlı insan faciəsini yaşayır. Bu faciələrin çoxu bəşər əli ilə oluşdurulur və Yəməndə bunun amili Husilərdir.
Xatırladaq ki, Yəmənin Husi yaraqlıları 94-cü ildən bəri bu ölkənin böyük bir hissəsini, özəlliklə də paytaxtı Sənanı öz əhatəsinə alıb. Ölkənin güneyində Yəmənin qanuni dövləti 2015-ci ilin Mars ayından Ərəbistanın rəhbərliyində olan Etilafın yardımı ilə İranın arxa durduğu Husilərə qarşı döyüşür. Husilərin bu ölkədə törədikləri faciələr və barışa qarşı çıxmaları nəticəsində indiyə kimi 130 min nəfər, o cümlədən 13 min nəfər qeyri-nizami və on minlərlə uşaq ölkədə qıtlığa görə dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button