İran

SEPAH silahlı qruplaşma üzvlərinin həbs olunduğu barədə məlumat yayıb

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyinin iddiasına görə, Sistan-Bəluçistan əyalətinin Səravan şəhərində silahlı qruplaşmaya bağlı iki nəfər həbs edilib.

Məlumatda saxlanılanların ictimai yerdə terror aktı planlaşdırdıqları iddia edilib.

Həbs olunan şəxslərin kimliyi və hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu İranda etiraz aksiyalarının başlamasından bəri SEPAH və təhlükəsizlik nazirliyinin bu qəbildən olan növbəti iddiasıdır.

Tehran hökuməti ölkədə baş verən etiraz aksiyalarının mahiyyətini təhrif etmək və repressiyalara bəraət qazandırmaq üçün dəfələrlə silahlı qruplaşma üzvləri və xarici vətəndaşların aksiyalarda əli olduğunu iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button