İran

Qiymətlərinin hədsiz bahalaşması Qərbi Azərbaycan ustanında əhalinin nigaranlığına səbəb olub

Ölkədə ağır iqtisadi durum və əsas malların qiymətlərinin hədsiz bahalaşması Qərbi Azərbaycan ustanında əhalinin müxtəlif təbəqələrinin nigaranlığına səbəb olub. Urmu şəhəri mağaza şəbəkələrindən birində alıcının durumla bağlı fikirlərinə nəzər yetirək. “Əsas malların qiymətləri artmaqda davam edir. Malların üstündə olan qiymətlər mağaza rəflərindəki qiymətlərlə üst-üstə düşmür. Satıcılara etiraz etdiyimizdə təhrimləri bəhanə gətirirlər. Təhrimlər yerli toolid olan düyünün qiymətinə necə təsir göstərə bilər. Və ya təhrimlərin yerli toolid olunan xiyar, bamador, soğan və yer alması kimi əkinçilik məhsullarına hansı təsiri var?,- deyə o, bildirib. Bir evdar xanım qiymətlərin bahalaşmasından şikayət etmək üçün 124 nömrəsinə zəng vurub. Bir neçə dəfə edilən zəng və şikayətlər nəticəsiz qalıb.Belə ki, həmin nömrə və Əsnaf İdarəsinin bazrəsləri tərəfindən bununla bağlı heç bir tədbir görülməyib. Bir baznişəstə şəxsin sözlərinə görə, bayramdan öncə bir kisə Hind düyüsünün qiyməti 65-80 min tümən arasında dəyişirdi. İndi bu qiymətlər 180 min tüməni keçib. “Qiymətlərin nucumi şəkildə bahalaşması ilə ailəmin qarşısında utanıram. Bir ömür işləmişəm ki, qocaldıqda rahat yaşayım. Ancaq təəssüf ki, gündəlik bahalaşma nəticəsində ən aşağı yaşayış həddini təmin edə bilirəm”,-deyə bildirib. Urmu karxanalarından birində fəhlə işləyən şəxs bildirib ki, bayramdan bəri evinə ət ala bilmir.

“Fəhlələrin aylıqları bazar qiymətləri ilə uyğun gəlmir. Biz fəhlələrin süfrəsi gündən-günə daralır. İlin əvvəlində fəhlələrin ayıqları yüzdə 20 artıb. Ancaq bazarda əsas malların qiymətlərində yüzdə 50, bəzən daha çox artımla qarşılaşırıq. Fəhələrin alıcılıq qabiliyyəti çox aşağı düşüb”,-deyə o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button