Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan nəql olunan qazın texniki problemlərə görə dayandırılmasını şərh edib.
“Aznews tv”ın xəbərinə görə, o bildirib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: “Bizim İrana heç bir borcumuz yoxdur.
Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən təchizatda 10-15 günlük gecikmə ola biləcəyini söylədi”.