İran

İranlı millət vəkilindən etiraf: Ölkədə yoxsulluq həddi yüzdə 22-dən 33-ə yüksəlib

İranın İslam Şurası Məclisinin İqtisad Komisyonu başqanı Məhəmmədrza Puribrahimi ölkədə yoxsulluq həddinin yüzdə 10 artdığını etiraf edib.

Millət vəkili əhalinin üçdə birinin olduqca ağır durumda olduğunu deyib.

O, belə bir durumun yaranmasına görə Ruhani dövlətini günahlandıraraq İranda yoxsulluq göstəricisinin yüzdə 22- dən təxminən yüzdə 33- ə yüksəldiyini bildirib.

Məhəmmədrza Puribrahimi indiki duruma görə keçmiş dövlətini tənqid edib, iqtisadi şüarlarla hakimiyyətə gələn İbrahim Rəisinin fəaliyyətə başlamasından ötən bir neçə ay ərzində əhalinin vəziyyəti daha da pisləşib.

Bundan başqa, İranın Amar Mərkəzinin xəbərinə görə, mehr ayında ölkədə illik təvərrom yüzdə 45.4-ə yüksəlib.

Bildirək ki, İranın müxtəlif dövlət qurumları və yetkililəri ara- sıra yaydıqları məlumatlarda ölkədə milyonlarla insanın yoxsulluq xəttindən aşağı həddə yaşadığını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button