Bölgə

Azərbaycan və Afğan muhacirləri

Əfğanistan-ın başından heç əsgik olmayan savaş bir daha öz çirkin üzünü göstərdi. Demokrasi və azadlıqları tam əldə etməmiş olsa da o yöndə gəlişməyə çalışan Əfğanistan İslam Cumhuriyyəti rejimi Taliban-ın əliylə yıxıldı.

Əfğanistan-ın başından heç əsgik olmayan savaş bir daha öz çirkin üzünü göstərdi. Demokrasi və azadlıqları tam əldə etməmiş olsa da o yöndə gəlişməyə çalışan Əfğanistan İslam Cumhuriyyəti rejimi Taliban-ın əliylə yıxıldı. Taliban sürətlə Əfğanistan-ı ələ geçirdi və Kabul-da hakimiyyətini elam elədi. Sabiq rejim tamamən aradan getdi və yaxında Əfğanistan İslam Əmirliyi adının ölkəyə verilməsi gözlənilir. Taliban ölkəyə hakim olmadan öncə bir çox bölgə və dünya ölkəsiylə geniş müzakərələr apardı. Bəlkə də sürətlə hakimiyyəti ələ geçirməsinin bir sırrı da elə budur. Hər halda bölgədə yeni bir İran islam Cumhuriyyəti qurulur. Günümüz dünyasının dəyərləriylə kilometrlərcə uzaq bir siyasi rejim tam da qulağımızın dibində ərsəyə gəlir. Bu olay özəlliklə Tehran hakimiyyəti açısından son dərəcə önəmlidir. İran Əfğanistan-da olub bitənlərə son dərəcə həssas yanaşır. Anlaşılan İran-da Talibanla apardığı müzakərələrlə anlaşıb və öz siyasətlərini qabağa aparır.
Taliban-ın və imumiyyətlə bölgədə bir radikal dini rejimin ortaya gəlməsi İran açısından yaxcı qarşılanır. Çünkü İran-dan başqa ayrı radikal rejim olunca İran-daki İnsan Haqları məsələləri daha az gözə batır. Habelə Tehran hakimiyyəti Əfğanistan-da olanlarla öz millətinin də etiraz səsini boğmağa çalışır. Bütün bunlar əlbəttə ki uzun və dəqiq təhlil gərəkdirən qonulardılar. Ancaq Əfğanistan məsələsinin ən önəmli bir qonusu da hal hazırda köç məsələsidir. Ölkədəki istiqrarsızlıq və Taliban-ın radikal siyasətləri milyonlarca insanı köçə zorluyur. Geçdiyimiz günlərdə Əfğanistan və Pakistan və İran sınırlarında minlərcə insanın ölkəyi tərk etməyə çalışdığı görüntülər paylaşılmışdı. Habelə Kabul Havalimanında batıya gedən uçaqlara minməyə çalışan on minlərcə insanın olduğu görüntüləri bütün dünyanın gündəminə oturdu. Uçaqlara minib ölkədən qaçanmayanların çoxunun birinci seçənəyi İran üzərindən Türkiyəyə gəlmək və bəlkə oradan da Avrupaya gedmək oldu. Geçdiyimiz günlərdə İran və Türkiyə sınırında yüzlərcə Əfğanistanı muhacirin sorunsuz bir çəkildə sınırı geçdiyi görüntüləri yayıldı. Ankara dövləti sınırdakı tədbirləri artırdığını bildirsə də yüzlərcə Əfğanistanlı köçmən rahatlıqla Türkiyə-yə geçmiş oldu. Normalda İran-da Əfğanlıların qərb ustanlarına girmələri yasaqdır və izin almalıdılar ancaq necə olur da yüzlərcə mültəci rahat bir şəkildə Türkiyə sınırına gəlir?
Bu soruların cəvabı əsil İran-ın Əfğanistan siyasətini ortaya qoyur. İran Əfğanistan-da Türkiyə ilə də rəqabət halindədir. Bütün bölgə ölkələri kimi Türkiyə də Əfğanistanda fəal olmaya çalışır. Ancaq İran Türkiyə-nin Əfğanistan-da olmasını istəmir. Buna görə də əlindən gəldiyi qədər Türkiyəyi dalı oturtmaya çalışır. Bu işdə İran-ın ən önəmli araclarından biri də muhacirlər qonusudur.
Əfğanistanlı muhacirlər İran-ın özəlliklə iqtisadi durumu üçün İran-da qalmaq istəmirlər. Buna görə İnsan Qaçaqçılarıyla Türkiyə-yı gedməyə çalışırlar. İran-da Türkiyəyi darlamaq üçün Əfğanlılara Türkiyə yolunu göstərir. Ancaq bu siyasət sadəcə Ankara və Tehran arasından da qalmır. Çünkü Əfğan muhacirlərin Türkiyəyə gedmə yolu Batı Azərbaycandan keçir. Günlərdir özəllilə Maku və Bazərqan kimi şəhərlərdə Əfğanistan-dan gələn muhacirləri görmək olur. Savaş bölgəsindən gələn muhacirlərin özəlliklə Korona virus böhranında yeni bir risk qaynağı olabilərlər və Azərbaycan milləti bu məsələdən də ciddi zərər görəbilər. Tehran hakimiyyətinə bənzər bir hakimiyyətin Əfğanistan-da iş başına gəlməsi əlbəttə İslam Cumhuriyyətini sevindirir ancaq şübhəsiz bütün bölgə millətləri açısından son dərəcə riskli bir ortamdı

Related Articles

Bir cavab yazın

Back to top button